...

Manisada kütləvi zəhərlənmə baş verib

Dünya xəbərləri Materials 21 Oktyabr 2023 05:44 (UTC +04:00)
Manisada kütləvi zəhərlənmə baş verib

Bakı. Trend:

Türkiyənin Manisa şəhərində kütləvi zəhərlənmə baş verib.

Trend xəbər verir ki, şəhərdə bir çox insanlar vəziyyətləri pisləşdiyi üçün təcili tibbi yardıma müraciət ediblər.

Xəstəxanada müalicə alan 350 nəfərin 321-i evə buraxılıb. Hazırda 29 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, işçilərin şəhərdə iş yerlərinə xidmət göstərən qida paylama şirkətinin təqdim etdiyi məhsullardan zəhərləndiyi güman olunur. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti