...

Şarl Mişel və Mahmud Abbas Qahirədə görüşdü

Dünya xəbərləri Materials 21 Oktyabr 2023 15:33 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Fələstin dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.

Trend xəbər verir ki, tərəflər arasında görüş Qahirə sülh konfransı çərçivəsində baş tutub.

"İki dövlətli həllə əsaslanan sülhün başqa alternativi yoxdur. Aİ bu səylərdə öz rolunu oynamağa davam etməyə hazırdır", - Şarl Mişel bildirib.

Qeyd edək ki, Misirin paytaxtı Qahirədə 30-dan çox dövlətin, bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammiti işə başlayıb.

Xəbər lenti

Xəbər lenti