Bakı. Trend:
Gürcüstanın "Georgian Airways" aviaşirkəti oktyabrın 22-dən Təl-Əvivə uçuşları dayandıracaq.
Trend-in məlumatına görə, bu barədə Gürcüstanın İsraildəki səfirliyi məlumat yayıb
Bildirilib ki, İsrail aviaşirkətlərinə məxsus “İsrair Airlines”, “Arkia Airline” və “El Al Israel Airlines” Gürcüstana uçuşları davam etdirəcək.
“Georgian Airways”in Tel-Əvivə uçuşlarının dayandırılmasına səbəb beynəlxalq sığorta şirkətlərinin tələbləridir. Bunun əvəzinə şirkət İsraildən tranzit sərnişinlər üçün nəzərdə tutulmuş əlavə Larnaka-Tbilisi reysini açır.