Bakı. Trend:
Noyabr ayında NATO xarici işlər nazirlərinin iclası keçiriləcək.
Trend xəbər verir ki bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 28-29-da NATO Baş katibi Yens Stoltenberqin sədrliyi ilə alyansın mənzil qərargahında XİN rəhbərlərinin iclası keçiriləcək.