...

1999-cu ildə Ermənistanda baş vermiş terror aktı təkrarlana bilər - Ermənistan parlamentinin spikeri

Dünya xəbərləri Materials 27 Oktyabr 2023 17:04 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentinin spikeri Alen Simonyan 27 oktyabr 1999-cu ildə Ermənistanda baş vermiş terror aktının təkrarlana biləcəyini deyib.

Trend xəbər verir ki, erməni spiker bu barədə cümə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, 1999-cu ildəki terror aktı ərəfəsində baş verən hadisələr bugünkü proseslərlə müqayisədə daha az əhəmiyyətli idi.

Simonyan 24 il bundan əvvəl baş vermiş terror aktının əsas iştirakçıları və cinayəti təşkil edənlərin motivlərinin bəllidir, təkcə bu faktın hüquq müstəvəsində qeydə alınması və cinayətkarların məsuliyyətə cəlb edilməsi qalır.

Xatırladaq ki, 1999-cu il 27 oktyabr tarixində Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup silahlı şəxs Ermənistan parlamentə daxil olaraq iclas zalını odlu silahlardan atəşə tutub. Terrorçular o zamankı baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfəri qətlə yetirib. Cinayəti törədən dəstə üzvləri özləri ilə bir neçə nəfəri girov götürüb. Terrorçuların məhkəməsi 2001-ci ilin fevralında başlayıb və 2003-cü ilin dekabrınadək davam edib. Hadisədə iştirak edən 7 nəfərin məhkəməsi keçirilib. Onlardan altı nəfər ömürlük, bir nəfər isə 14 il azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti