...

Ermənistan-İran sərhədində yeni gömrük məntəqəsi tikiləcək

Dünya xəbərləri Materials 31 Oktyabr 2023 13:53 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan-İran sərhədindəki Meğri gömrük məntəqəsi sıfırdan tikiləcək.

Trend xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan Ermənistan Milli Yığıncağının 2024-cü il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə iclasında deyib.

Onun sözlərinə görə, Meğri gömrük məntəqəsi pis vəziyyətdədir və tamamilə sökülüb yerində yenisi tikiləcək.

"Meğri gömrük məntəqəsinə gəlincə, burada bütün binalar söküləcək və sıfırdan, beynəlxalq standartlara cavab verən yeni məntəqə tikiləcək", - Badasyan deyib.

Badasyan bildirib ki, gömrük nəzarətinin sürətlənməsi və səmərəliliyinin artırılmasına yönəlmiş islahatlar həyata keçiriləcək.

Qeyd edək ki, Ermənistan-İran sərhədindəki Meğri gömrük məntəqəsinin təmiri Avropa İttifaqının qrant vəsaiti və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) krediti hesabına həyata keçirilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti