...

BMT sülhməramlıları Malinin Kidal şəhərindəki bazanı tərk ediblər

Dünya xəbərləri Materials 1 Noyabr 2023 04:07 (UTC +04:00)
BMT sülhməramlıları Malinin Kidal şəhərindəki bazanı tərk ediblər

Bakı. Trend:

BMT sülhməramlıları Malinin şimal-şərqindəki Kidal şəhərindəki bazanı tərk ediblər.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Malidə kompleks missiyasının (MİNUSMA) nümayəndəsi bildirib.

Malinin “Abamako” xəbər portalının verdiyi məlumata görə, ölkənin Hərbi Hava Qüvvələri gün ərzində Kidaldan 35 kilometr məsafədə yerləşən üsyançıların mövqelərinə zərbələr endirib. Üsyançıların Kidaldakı bazaya daxil olduqları bildirilir. Müstəqil mənbələr isə bu məlumatı təsdiqləmir.

Bundan əvvəl, Mali hakimiyyəti MİNUSMA kontingentlərinin ölkənin şimal və şərqindəki bazalardan çıxarılmasının "müəyyən bir tələsik şəraitdə" baş verdiyini bildirib. Razılaşmaya görə, Malidəki bütün MİNUSMA bazaları Afrika ölkəsinin silahlı qüvvələrinin nəzarətinə verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti