...

Nepalda zəlzələ nəticəsində ölənlərin sayı daha da artdı (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 4 Noyabr 2023 09:16 (UTC +04:00)
Nepalda zəlzələ nəticəsində ölənlərin sayı daha da artdı (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı sürətlə artır.

Trend xəbər verir ki, artıq onlartın sayı 140-a çatıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, xəsarət alanların sayı 100 nəfəri keçib. Bəzi yaşayış məntəqələri ilə əlaqənin olmaması dəqiq statistika aparmağa imkan vermir.

xxx

07:01

Nepalın qərbində baş verən güclü zəlzələ nəticəsində azı 128 nəfər ölüb, 100 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “Mint” qəzeti məlumat yayıb.

Rəsmilər bir çox dağlıq ərazilərlə əlaqənin kəsildiyi üçün ölü və yaralı sayının artacağını gözləyirlər.

xxx

04:03

Nepalda baş verən zəlzələ nəticəsində azı 56 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi yerli hakimiyyətə istinadən bildirib.

Qeyd olunub ki, 30 nəfər Rukum rayonunda, daha 26 nəfər Cayarkotda ölüb. Bundan əvvəl 24 nəfərin öldüyü bildirilirib.

"Reuters" agentliyi dövlət rəsmisinə istinadən bildirib ki, daha onlarla insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti