Bakı. Trend:
Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri Fransada qeydə alınan antisemitizm hallarının sayı 1 mini keçib.
Trend xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Cerald Darmanin bildirib.
"Antisemitizm hallarının sayı artıb. Fransada antisemitizm hallarının sayı 1 mini keçib. 486 nəfər saxlanılıb", - Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
Onun sözlərinə görə, saxlanılan 486 nəfərdən 102-si əcnəbidir.