...

ABŞ-ın nüvə sualtı qayığı Yaxın Şərqə gəlib

Dünya xəbərləri Materials 6 Noyabr 2023 06:48 (UTC +04:00)
ABŞ-ın nüvə sualtı qayığı Yaxın Şərqə gəlib

Bakı. Trend:

ABŞ-ın Ohayo sinfinə aid strateji nüvə sualtı qayığı Yaxın Şərqə gəlib.

Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) öz X (Twitter) hesabında paylaşım edib.

“Ohayo sinfinə aid nüvə sualtı qayığı ABŞ Mərkəzi Komandanlığının cavabdehlik zonasına çatıb”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının cavabdehlik zonasına Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya daxildir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti