...

Türkiyə kəşfiyyatı daha bir PKK terrorçusunu zərərsizləşdirdi

Dünya xəbərləri Materials 7 Noyabr 2023 13:09 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının kod adı "Tekoşin Cizre" olan terrorçusu Ayşe Arslanı zərərsizləşdirib.

Trend bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.

Məlumata görə, Ayşe Arslanın 2004-cü ildə PKK terror təşkilatına qoşulduğu və 2014-cü ildə təşkilatın Suriya qolu olan PYD/YPG-də fəaliyyət göstərdiyi müəyyən edilib.

İraqın şimalında Hakurk bölgəsində aparılan "nöqtə əməliyyatı" ilə Ayşe Arslan zərərsizləşdirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti