...

ABŞ Rusiyadan uran və kritik materiallar almağa davam edir

Dünya xəbərləri Materials 8 Noyabr 2023 14:04 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Avropa ölkələrini müflis edir, özü isə Rusiyadan uran və kritik materiallar almağa davam edir.

Trend xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin tənzimlənməsi mövzusunda dəyirmi masada çıxışında deyib.

Onun sözlərinə görə, ABŞ Avropa ölkələrini müflis edərək özünün hərbi-sənaye kompleksinə xeyir qazandırır.

"ABŞ Avropa İttifaqını (Aİ) baha qiymətə öz maye təbii qazını almağa məcbur edib və buna davam edir. O öz eqoist qanunları ilə Aİ-ni Rusiyaya aid hər şeydən imtina etməyə vadar edir, özü isə Rusiyadan uran və digər kritik materiallar almağa davam edir", - Lavrov qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti