Bakı. Trend:
Portuqaliya Prezidenti Marselo Rebelo di Souza birpalatalı parlamenti buraxmaq və 2024-cü il martın 10-na növbədənkənar seçkilər təyin etmək qərarına gəlib.
Trend xəbər verir ki, Prezident bu qərara 2015-ci ildə Baş nazir vəzifəsini icra edən Antonio Kostanın noyabrın 7-də korrupsiya qalmaqalı fonunda istefa verdiyini elan etməsindən sonra gəlib.
Portuqaliya polisi Nazirlər Kabinetinin rəhbərinin rəsmi iqamətgahında 40-dan çox axtarış aparıb.
Bir neçə nəfər həbs edilib.