...

Putin Təhlükəsizlik Şurası ilə videokonfrans keçirib

Dünya xəbərləri Materials 16 Noyabr 2023 17:20 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videokonfrans formatında operativ iclas keçirib.

Trend xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda bir sıra böyük beynəlxalq tədbirlərin yekunları üzrə qərarların icrası müzakirə olunub.

İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov məruzə ilə çıxış edib.

Operativ iclasda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev müdafiə naziri Sergey Şoyqu, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Rusiya prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat məsələləri üzrə prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti