...

Macarıstanda Aİ ilə fikir ayrılıqlarına görə məsləhətləşmələr başlayıb

Dünya xəbərləri Materials 18 Noyabr 2023 03:32 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 17-dən etibarən Macarıstanda ölkə vətəndaşlarının Aİ ilə fikir ayrılıqları, həmçinin Ukraynanın bloka daxil olması və ona hərbi yardımın göstərilməsi ilə bağlı öz fikirlərini ifadə edə biləcəkləri milli məsləhətləşmələr başlayıb.

Trend-in məlumatına görə, bu barədə Macarıstan hökumətinin rəsmi nümayəndəsi Aleksandra Sentkirayi özünün sosial şəbəkə hesabında bildirib.

A.Sentkirayi video-müraciətində qeyd edib ki, son vaxtlar rəsmi Brüsselin və Budapeştin Macarıstana aidiyyəti olan siyasi, iqtisadi və təhlükəsizlik problemləri ilə bağlı çoxsaylı mübahisələri yaranıb. Hökumət rəsmisi xatırladıb ki, Avropa liderləri Macarıstan rəhbərliyindən Kiyevə silah tədarükünün maliyyələşdirilməsinin artırılmasını və ölkədə mühacirlər üçün gettonun yaradılmasını, habelə mənzil-kommunal təsərrüfatı xidmətləri üzrə subsidiyaların, faiz dərəcələri üzrə “tavan” həddinin və izafi mənfəət vergilərinin ləğv olunmasını tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti