...

Ukraynaya kütləvi dron hücumu oldu - Eenerji infrastrukturuna ziyan dəydi

Dünya xəbərləri Materials 18 Noyabr 2023 13:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 17-də axşam saatlarından başlayaraq noyabrın 18-də gecə Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə 38 kamikadze dronu ilə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın 29 kamikadze dronunu zərərsizləşdirib. Hücum 8 saat davam edib.

Trend xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, “Şahed” tipli PUA-larla hücumlar Ukraynanın şimal və cənub-şərq istiqamətlərindən edilib.

Gecə saatlarında Ukraynada bir neçə dəfə hava xəbərdarlığı elan olunub. Belə ki, hava hücumundan müdafiə sistemi ilk olaraq Xmelnitski bölgəsində işə düşüb. Daha sonra Kiyev və Ukraynanın şimal vilayətlərində hava xəbərdarlığı elan edilib. Xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyanın şimalda ballistik silahlardan istifadə təhlükəsi barədə xəbərdarlıq edib.

Hava hücumu nəticəsində Odessanın enerji infrastrukturuna ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti