...

Türkiyənin təhlükəsizlik qüvvələri terror qruplaşmalarına aid 17 hədəfi məhv edib

Dünya xəbərləri Materials 25 Noyabr 2023 00:48 (UTC +04:00)
Türkiyənin təhlükəsizlik qüvvələri terror qruplaşmalarına aid 17 hədəfi məhv edib

Bakı. Trend:

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraqın şimalında yerləşən terror qruplaşmalarına qarşı hava əməliyyatı keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, İraqın şimalında yerləşən Qara, Metina, Hakurk və Qəndildə keçirilən əməliyyat nəticəsində terrorçulara aid mağaralar, sığınacaqlar olmaqla, ümumilikdə, 17 hədəf məhv edilib. Əməliyyat zamanı çox sayda terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti