...

İsrail HƏMAS əsirliyindən azad olmuş xarici girovların reabilitasiya proqramını başladıb

Dünya xəbərləri Materials 25 Noyabr 2023 10:43 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Xarici İşlər Nazirliyi HƏMAS əsirliyindən azad olmuş xarici girovların reabilitasiyası üçün xüsusi proqram başladıb.

Trend xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, proqram çərçivəsində tibb işçiləri, psixoloq və sosial işçilərdən ibarət komanda əcnəbi vətəndaşların fiziki və psixoloji vəziyyətini qiymətləndirmək üçün müayinələr aparacaq.

Xatırladaq ki, ötən gün İsrail və HAMAS arasında 4 günlük müvəqqəti atəşkəs başlayıb. Əldə olunan razılaşmaya görə, Qəzzaya hücumlar müvəqqəti dayandırılacaq, əsir mübadiləsi və humanitar yardımlar təmin ediləcək.

Atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Şərtlərə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq. Noyabrın 25-də 13 israilli girov və 39 fələstinli məhbus azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti