...

İsrail noyabrın 28-də azad edilə biləcək girovların siyahısını alıb

Dünya xəbərləri Materials 28 Noyabr 2023 03:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail noyabrın 28-də Qəzza zolağında HƏMAS tərəfindən azad edilə biləcək şəxslərin yeni siyahısını alıb.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusu radiosu "Qaley ÇAXAL" baş nazir Benyamin Netanyahunun administrasiyasına istinadən bildirib.

Məlumata əsasən, İsrail hakimiyyəti girov saxlanılanların adları olan siyahını araşdırır.

Qeyd edək ki, noyabrın 22-də HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəsə dair İsraillə razılığa gəldiyini açıqladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti