Bakı. Trend:
Gürcüstanın hakimiyyəti respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq üçün bu təşkilatla fəal əlaqə saxlayır.
Trend-in məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib.
"Biz namizəd statusuna nail olmaq və üzvlüklə bağlı danışıqlara başlamaqla növbəti mərhələyə keçmək üçün səylər göstəririk. Gündəliyimizə əlavə təkan vermək üçün hər gün diqqətimizi islahatları davam etdirməyə və sürətləndirməyə yönəldirik", - Darçiaşvili vurğulayıb.