...

Armen Qriqoryanla Gürcüstan DİN rəhbərinin görüşü olub

Dünya xəbərləri Materials 29 Noyabr 2023 18:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisidə səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə regionda baş verən hadisələr və mövcud təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.

Cənubi Qafqaz regionunun davamlı inkişafı, sülh və əməkdaşlığın gücləndirilməsi, o cümlədən, iqtisadiyyat, ticarət, mədəniyyət və digər istiqamətlərdə regional dialoqun vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti