Türkiyənin dövlət xəbər agentliyi “Anadolu"nun Qəzzada işləyən operatoru Muntasir əs-Səvvaf dünyasını dəyişib.
Trend xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, agentliyin əməkdaşı hava hücumu nəticəsində həlak olub.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ən azı 42 jurnalist həlak olub.
