Bakı. Trend:
Filippin sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri təxminən 67,5 min nəfərin yaşadığı Bisliq şəhərindən (Mindanao adası) 78 km şimal-şərqdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Qeyd edək ki, bundan əvvəl Filippin sahillərində 5,5 bal gücündə zəlzələnin baş verməsi barədə məlumat verilib.