Bakı. Trend:
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda Böyük Britaniyanın Rusiyaya qarşı 45 yeni sanksiya tətbiq etdiyi qeyd olunub. Belə ki, sanksiyalar siyahısına Rusiyanın müdafiə sahəsindəki müəssisələri və Rusiyaya komponentlər ixrac edən xarici tədarükçülər əlavə olunub.
Sanksiyalar siyahısına həmçinin, Birləşmiş Ərəb Əmirliklərindən 4 şirkət, Çindən 3 şirkət, Serbiya, Belarus, Özbəkistan və Türkiyədən isə 1 şirkət daxil edilib.
Britaniya XİN-in bəyanatında BƏƏ-dən 4 şirkətin qeyri-şəffaf korporativ strukturlardan və Rusiya neftinin maneəsiz ticarətini asanlaşdırmaq üçün fırıldaqçı tədarük metodlarından istifadə etdiyi qeyd olunub. Britaniya hökumətinin fikrincə, digər şirkətlər isə Rusiyaya hərbi məqsədlə istifadə oluna biləcək avadanlıq və komponentlər tədarük edirlər.