...

Fransanın Ermənistanı yenidən silahlandırması təxribat xarakteri daşıyır - Ərdoğan

Dünya xəbərləri Materials 8 Dekabr 2023 14:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Ermənistanı yenidən silahlandırması təxribat xarakteri daşıyır.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə pezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə dövlət başçısı Yunanıstandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib ki, Fransa bu addımları ilə Ermənistana yaxşılıq etmir, əksinə pislik edir.

“Daha əvvəl Fransa olaraq Ermənistana çox dəstək verdilər. Hansı nəticəni əldə etdilər? Heç nə. Fransa Minsk qrupunun həmsədridir. İş bitdi, nəticə ala bilmədi, vəziyyət beləykən təkrar Ermənistanı təhrik edir. Zirehli texnikaları göndərsən nə olacaq? Buradan nəticə ala bilməzsən.

Artıq öz torpaqlarında işğalı sona çatdırmış olan bir Azərbaycan var. Qarabağın nəticəsi ortadadır. İndi bu zirehli texnikaları göndərib hansı nəticəni qazanacaqsan? Daha əvvəl Ermənistana göndərilən tanklar, toplar, silah-sursat Azərbaycanın əlinə keçib. Sadəcə Ermənistanı aldadırlar”, - Ərdoğan qeyd edib.

Qeyd edək ki, Ermənistan bu yaxınlarda “Thales”dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılıb.

Oktyabrın 23-də Fransanın müdafiə naziri Sebastyen Lekornu Fransanın üç ədəd GM 200 radarının satışı və “Mistral” zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islah etmək və modernləşdirmək səylərini dəstəkləyəcək.

Fransa və Ermənistan müdafiə nazirləri “Thales” şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair saziş və Fransanın “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti