Bakı. Trend:
Qırmızı bülletenlə axtarışda olan narkotik maliyyəçisi, mütəşəkkil cinayətkar dəstənin üzvü Muhuannad Aloqlah İstanbulda keçirilən "KAFES-19" əməliyyatı ilə saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Türkiyəli nazir narkotik tacirləri, terror təşkilatları, miqrant qaçaqmalçıları və mütəşəkkil cinayətkar dəstələrlə mübarizənin əzm və qətiyyətlə davam edəcəyəni qeyd edib.
Yerlikaya, həmçinin, əməliyyatı keçirən türk polislərinə təşəkkürünü bildirib.