Bakı. Trend:
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ administrasiyasının Türkiyəyə F-16 döyüş təyyarələrinin satışını dəstəklədiklərini bir daha bəyan edib.
Trend xəbər verir ki, Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Bayden arasında baş tutan telefon danışığını dəyərləndirib.
İki lider arasındakı danışıqlar zamanı Qəzza zolağındakı son vəziyyət, eləcə də İsrail-Fələstin məsələsi və İsveçin NATO-ya üzvlük prosesinin müzakirə edildiyini xatırladan Kirbi ABŞ-ın Türkiyə üçün F-16 qırıcılarının modernləşdirilməsi proqramını dəstəkləməyə davam etdiyini deyib.