...

Türkiyənin İskenderun limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 19 Dekabr 2023 12:06 (UTC +04:00)
Türkiyənin İskenderun limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin İskenderun limanı 3 min 541 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində İskenderun limanı Türkiyə bayrağı altında üzən 558, digər ölkələrin bayraqları altında üzən 2 min 983 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 398 olub.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min 495 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 17 min 746 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti