Bakı. Trend:
Türkiyədə hərbi qulluqçu Ökkeş Gök Şırnakda xidmət etdiyi hərbi hissədə intihar edib.
Trend xəbər verir ki, Gökün intihardan öncə vida məktubunda yazdığı "Tez-tez təzyiqlərə məruz qalıram. Təhdidlərə məruz qalmaqdan bezdim" ifadələr şok effekti yaradıb.
Hərbi Prokurorluq bu intihar hadisəsi ilə bağlı araşdırmaya başlayıb.