...

İsrail "Hizbullah"ın Livandakı obyektlərinə aviazərbələr endirib

Dünya xəbərləri Materials 20 Dekabr 2023 14:04 (UTC +04:00)
İsrail "Hizbullah"ın Livandakı obyektlərinə aviazərbələr endirib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın Livandakı obyektlərinə aviazərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın Livandakı bir sıra hədəflərinə, o cümlədən infrastrukturuna və "Hizbullah" döyüşçülərinin fəaliyyət göstərdiyi hərbi obyektlərə zərbələr endiriblər.

Xatırladaq ki, bir qədər əvvəl İsrailin baş naziri Benyamin Netanyahu "Hizbullah"a İsrail-Fələstin münaqişəsinə qarışmaması üçün xəbərdarlıq edib.

Netanyahu İsrailin lazım gələrsə “Hizbullah”a ağlasığmaz zərbələr yetirə biləcəyini deyərək, istənilən ssenariyə hazır olduqlarını əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti