Bakı. Trend:
Rusiya Federasiyası (RF) prezidentliyinə qarşıdakı seçkilərdə iştirak üçün irəli sürülən namizədlərin sayı artıq 29 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə RF Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiyanın rəhbəri Ella Pamfilova bildirib.
E.Pamfilovanın sözlərinə görə, namizədlərin irəli sürülməsi prosesinin başlanması ilə əlaqədar olaraq, MSK iclasları bugünkü kimi qrafikdən kənar keçirəcək. Növbəti iclaslar dekabrın 27-si və 29-na planlaşdırılıb.