...

Fransada solçu deputatlar Konstitusiya Şurasından miqrasiya haqqında qanunun ləğvini tələb edirlər

Dünya xəbərləri Materials 24 Dekabr 2023 02:51 (UTC +04:00)
Fransada solçu deputatlar Konstitusiya Şurasından miqrasiya haqqında qanunun ləğvini tələb edirlər

Bakı. Trend:

Fransa Milli Assambleyasının (parlamentin Aşağı Palatası) bir qrup deputatı respublikanın Konstitusiya Şurasına – ölkə Konstitusiyasının yeni qanunlarının müvafiqliyini müəyyən edən instansiyaya müraciət edərək, miqrasiya haqqında yeni qanunun ləğvini tələb edib.

Trend-in məlumatına görə, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb. Parlamentarilərin sözlərinə görə, “sənəddə Konstitusiyaya zidd olan rekord sayda maddə mövcuddur”. Onlar Konstitusiya Şurasından qanunun tam ləğvini tələb edirlər. Deputatların fikrincə, bu maddələr “bərabərlik prinsipini pozur”.

Söhbət dörd solçu parlament qrupundan – “Fransaya tabe olmayanlar”, “Sosialist partiyası”, “yaşıllar” və kommunistlərdən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti