...

Putin və Paşinyan AİB və MDB sammitləri çərçivəsində ünsiyyətdə ola biləcəklər - Peskov

Dünya xəbərləri Materials 25 Dekabr 2023 16:58 (UTC +04:00)
Putin və Paşinyan AİB və MDB sammitləri çərçivəsində ünsiyyətdə ola biləcəklər - Peskov
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi Birliyi (AİB) liderlərinin iştirakı ilə planlaşdırılan tədbirlər çərçivəsində ünsiyyətdə ola biləcəklər.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Onlar qarşıdakı tədbirlərin kuluarlarında ünsiyyətdə olmaq üçün çox gözəl imkana malik olacaq", - deyə Kreml nümayəndəsi bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada iki günlük səfərdədir.

Paşinyanın dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak edəcəyi qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti