Bakı. Trend:
Türkiyədə FETÖ ilə əlaqəsi olduğu müəyyən edilən 445 polis vəzifəsindən uzaqlaşdırılıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada bildirib.
O qeyd edib ki, həmin şəxslər barəsində inzibati araşdırma aparılır.
Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələri PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı ölkədaxili və sərhədyanı (İraq və Suriyanın şimalı) əməliyyatları davam etdirir.
Bu tədbirlər çərçivəsində son bir həftə ərzində 45 terrorçu zərərsizləşdirilib. Beləliklə, 2023-cü il ərzində zərərsizləşdirilən terrorçuların sayı 2120-yə yüksəlib.