Bakı. Trend:
Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesləri anklavlarla bağlı suallara cavab verəcək.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
Onun sözlərinə görə, ərazilərlə bağlı qərarlar hüquqi sənədlərdən sonra qəbul olunacaq.
"Ərazilər haqqında sadəcə danışmaqla hüquqi əsasların olması fərqli şeylərdir. Yalnız bundan sonra mübadilə həyata keçiriləcək, yaxud yerlərdə hər hansı qərarlar qəbul olunacaq", - o deyib.