...

İndoneziyada güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 31 Dekabr 2023 01:50 (UTC +04:00)
İndoneziyada güclü zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Papua əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 134 min insanın yaşadığı Cayapura şəhərindən 179 km cənub-qərbdə olub.

Zəlzələnin ocağı 46 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti