...

Kim Çen In ABŞ və Cənubi Koreyanın paytaxtlarını məhv etməklə hədələyib

Dünya xəbərləri Materials 1 Yanvar 2024 04:41 (UTC +04:00)
Kim Çen In ABŞ və Cənubi Koreyanın paytaxtlarını məhv etməklə hədələyib

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen In qarşıdurma olacağı təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları Vaşinqton və Seulu məhv edəcəyi ilə hədələyib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

"Yoldaş Kim Çen In bildirib ki, inqilabımızın daimi tərəqqisi ilə ABŞ-ın ölməkdə olan hiylələri və onun qarşısını almağa çalışan “Koreya Respublikası” ünsürləri daha da güclənəcək. O vurğulayıb ki, ordumuzun düşmən təxribatlarının qarşısını amansızcasına almalıdır", - deyə Agentlik bildirib.

Qeyd olunub ki, Kim Çen In düşmənlərini məhv etmək üçün bütün “super güclü vasitələr” arsenalından istifadə etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti