Bakı. Trend:
İordaniya ilə hər sahədə əməkdaşlığı gücləndirəcəyik.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Fidan İordaniyanın paytaxtı Əmmanda Kral II Abdullah tərəfindən qəbul edilib, Şahzadə Həsən Bin Təllal və İordaniya Baş Nazirinin müavini və Xarici İşlər Naziri Ayman əs-Safedi ilə görüşlər keçirib.
Görüş zamanı Hakan Fidan Qəzza məsələsinə və Pakistan-İran gərginliyinə də toxunub.
"Narahatlıqla izlədiyimiz Pakistan-İran gərginliyini də tərəflərlə müzakirə etdik. Türkiyə olaraq bu problemin böyüməməsi üçün üzərimizə düşəni etməyə davam edəcəyik" - deyə o bildirib.