...

Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

Dünya xəbərləri Materials 21 Yanvar 2024 15:58 (UTC +04:00)
Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

Bakı. Trend:

Bosfor boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Trend xəbər verir ki, buna səbəb Liberiya bayrağı altında üzən “Peria” neft tankerində yaranan nasazlıqdır.

Türkiyə Sahil Mühafizəsi tanker təhlükəsiz yerə çəkilənə qədər boğazdan keçən nəqliyyatın hər iki istiqamətdə dayandırıldığını bildirib.

250 metrlik tanker şimal-cənub istiqamətində hərəkət zolağının mərkəzi hissəsində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti