...

Husilər Ədən körfəzində ABŞ-a qarşı əməliyyat keçiriblər

Dünya xəbərləri Materials 25 Yanvar 2024 01:16 (UTC +04:00)
Husilər Ədən körfəzində ABŞ-a qarşı əməliyyat keçiriblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançıları Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyat keçirdiklərini elan ediblər.

Trend-in məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya öz "Telegram" kanalında bildirib.

"Əməliyyat Amerika hərbi gəmisinin birbaşa vurulması ilə nəticələndi, iki Amerika ticarət gəmisi geri çəkilərək geri qayıtmağa məcbur oldu", - deyə qeyd olunub.

Bildirilib ki, “iki saatdan çox davam edən toqquşmada” husilər “bir neçə ballistik raketdən” istifadə edib, bəziləri Amerika tərəfinin onları dəf etməyə cəhd etməsinə baxmayaraq “hədəflərinə çatıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti