Bakı. Trend:
Böyük Britaniya və onun müttəfiqləri 38 mindən çox ukraynalı hərbçiyə təlim keçib.
Trend-in məlumatına görə, bu barədə Britaniya Müdafiə Nazirliyi X sosial şəbəkədəki hesabında məlumat yayıb.
Bildirilib ki, 34 mindən çox hərbçi piyada hazırlığı proqramını başa vurub, daha 4 min nəfər isə həkim, istehkamçı və dəniz piyadalarının hazırlanması üzrə xüsusi kurslardan keçib.
Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyi Kiyevə silah tədarükü üçün Beynəlxalq Dəstək Fondundan maliyyələşmə üçün müraciətlərin qəbulunun üçüncü raundunun tezliklə başlandığını elan edib.