...

Rusiyada güclü partlayış: iki nəfər həlak olub

Dünya xəbərləri Materials 25 Yanvar 2024 17:45 (UTC +04:00)
Rusiyada güclü partlayış: iki nəfər həlak olub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Orenburq vilayətinin Novotroitsk şəhərində kanalizasiya-nasos stansiyasında partlayış olub.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində iki nəfər həlak olub. Bir işçi hadisə yerində, digəri isə aldığı yanıqlar nəticəsində xəstəxanada ölüb.

Yanıq xəsarətləri olan daha iki nəfər həkimlərin müşahidəsi altında saxlanılır.

Orenburq vilayətinin İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti