...

İordaniyadakı ABŞ qüvvələrinə hücuma cavab variantları nəzərdən keçirilir - Ağ Ev

Dünya xəbərləri Materials 30 Yanvar 2024 04:42 (UTC +04:00)
İordaniyadakı ABŞ qüvvələrinə hücuma cavab variantları nəzərdən keçirilir - Ağ Ev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Co Bayden İordaniyada ABŞ qüvvələrinə hücumla bağlı mümkün variantları nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“ABŞ liderinin dediyi kimi, biz seçdiyimiz vaxtda öz cədvəlimizə uyğun cavab verəcəyik”, - deyə o bildirib.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin İordaniyada pilotsuz uçan aparatla vurulan bazada üç amerikalı əsgərin həlak olması ilə bağlı başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti