Bakı. Trend:
İranın ali dini lideri Ayətullah Əli Xameneinin "Facebook" və "Instagram" hesabları silinib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.
"Meta" şirkətindən qeyd edilib ki, Xameneinin sosial media hesabları şirkətin təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətini pozduğuna görə silinib.