...

Pakistanın iki aparıcı partiyası koalisiya hökuməti qurmaq barədə razılığa gəlib

Dünya xəbərləri Materials 14 Fevral 2024 05:33 (UTC +04:00)
Pakistanın iki aparıcı partiyası koalisiya hökuməti qurmaq barədə razılığa gəlib

Bakı. Trend:

Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası və liderləri sabiq xarici işlər naziri Bilaval Bhutto-Zərdari və ölkənin sabiq prezidenti Asif Əli Zərdari olan Pakistan Xalq Partiyası (PPP) koalisiya hökuməti yaratmaq qərarına gəliblər.

Trend-in məlumatına görə, bu barədə "Geo TV" televiziya kanalı xəbər verib.

"Biz ölkəni böhrandan çıxarmaq üçün koalisiya hökuməti qurmaq qərarına gəldik", - deyə Asif Əli Zərdari bildirib.

Seçki komissiyasının məlumatına görə, fevralın 8-də keçirilən seçkilərdən “Pakistan Ədalət Hərəkatı” 264 yerlik parlamentdə 101 yer qazanıb. Lakin heç bir partiya hökuməti qurmaq üçün lazım olan 135 yerə sahib ola bilməyib. Şərifin partiyası isə seçkidə 75 yer qazanaraq ikinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti