...

Ermənistan baş nazirinin müavini İrana gedir

Dünya xəbərləri Materials 14 Fevral 2024 11:57 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bu gün İrana səfər edəcək.

Trend xəbər verir ki, bu barədə İran KİV-i məlumat verib.

Məlumata görə, Ermənistan rəsmisi İran və Ermənistan arasında 18-ci müştərək iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak edəcək.

2 günlük səfər çərçivəsində İran və Ermənistan arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə danışıqların aparılacağı bildirilir.

Ermənistan baş nazirinin müavinin İranın vitse-prezidentləri, xarici işlər, səhiyyə və energetika nazirləri, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri, Gömrük Administrasiyasının baş direktoru, Ticarət İnkişafı Təşkilatının sədri, Milli Qaz Şirkətinin icra direktoru və bank rəsmiləri ilə görüşəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti