...

Putin Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib

Dünya xəbərləri Materials 20 Fevral 2024 05:46 (UTC +04:00)

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen Ina Rusiya prezidenti Vladimir Putin Rusiya istehsalı olan avtomobil hədiyyə edib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

"Vladimir Putinin yoldaş Kim Çen Ina hədiyyəsini fevralın 18-də Rusiya tərəfindən Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin katibi Park Çonq Çon və Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çenq qəbul edib", - deyə qeyd olunub.

Şimali Koreya lideri Kim Yo Çenqin bacısı bildirib ki, “hədiyyə iki ölkə liderləri arasında yaradılmış xüsusi dostluq əlaqələrinin bariz sübutudur”.

Xəbər lenti

Xəbər lenti