...

Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib

Dünya xəbərləri Materials 21 Fevral 2024 16:30 (UTC +04:00)
Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sanksiyalar siyahısına 200-ə yaxın hüquqi və fiziki şəxs əlavə olunacaq, lakin yeni sektor sanksiyaları nəzərdə tutulmayıb.

Xatırladaq ki, ötən ilin dekabrında Avropa Parlamentinin çexiyalı deputatı Tomaş Zdexovski Aİ-nin Rusiyaya qarşı 13-cü və 14-cü sanksiyalar paketini hazırlamaqda olduğunu və sanksiyaların tezliklə üzv ölkələrə təqdim olunacağını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti