...

Ermənistan KTMT-də üzvlüyünü dayandırmaq barədə rəsmi bildiriş göndərməyib - Peskov

Dünya xəbərləri Materials 23 Fevral 2024 16:39 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurmaqla bağlı rəsmi bildiriş göndərməyib.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yerli telekanala deyib.

"Ermənistan bununla bağlı hər hansı rəsmi tədbir görməyib. Biz həmkarlarımızla təmasa keçməyi və bu bəyanatların mənasını aydınlaşdırmağı nəzərdə tuturuq", - o deyib.

Peskovun sözlərinə görə, belə olduqda təfərrüatı anlamaq çox vacibdir.

"Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər", - deyə Peskov əlavə edib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın "France 24" telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti