...

Husilər Amerikanın Tor Thor gəmisinə raket zərbəsi endiriblər

Dünya xəbərləri Materials 25 Fevral 2024 08:11 (UTC +04:00)
Husilər Amerikanın Tor Thor gəmisinə raket zərbəsi endiriblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin Ənsar Allah hərəkatının husiləri Ədən körfəzində Amerikanın Torm Thor gəmisinə hücum edib.

Trend xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, husilər gəmiyə bir neçə gəmi əleyhinə raket atıblar.

Saria həmçinin bildirib ki, hərəkat nümayəndələri pilotsuz təyyarələrdən istifadə etməklə Qırmızı dənizdə bir sıra Amerika hərbi gəmilərinə hücum həyata keçirib.

Fevralın 24-də ABŞ ordusunun Husilərə məxsus yeddi gəmi əleyhinə raketi vurduğu bildirilir.

Bundan əvvəl Yəmənin qərb sahillərinə və Bab əl-Məndəb boğazına nəzarət edən “Ənsar Allah” hərəkatı Britaniya və ABŞ gəmilərinin Qırmızı dənizdən keçməsinə qadağa qoyub.

Həmçinin husilərin elan etdiyi qadağa İsraildə qeydiyyatdan keçmiş və yəhudi dövləti ilə əlaqəli gəmilərə şamil edilir.

Qəzza zolağında İsrail və Fələstin HƏMAS hərəkatı arasında müharibənin fonunda, Yəmənin husi üsyançıları 2023-cü il oktyabrın əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başladılar. Bu məqsədlər üçün pilotsuz təyyarələr və raketlərdən istifadə olunur.

Bundan əvvəl husilər Qırmızı dənizdə ticarət gəmilərinə hər 12 saatdan bir hücum etmək niyyətində olduqlarını bəyan etmişdilər.

Xəbər lenti

Xəbər lenti